SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gecə saatlarında Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
 
BAKU.WS APA TV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Hadisə Ələt-Astara magistral yolunun Lökbatan dairəsindən keçən hissəsində, kənar dairəvi yolda qeydə alınıb. Şəhərdaxili xətt marşrutlarından birinə aid "Daewoo" markalı avtobus Lökbatan dairəsindən şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkət edən "Opel" markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşınında olan 43 yaşlı Sabir Məmmədov, 32 yaşlı Elşad Nəcəfov, 38 yaşlı Fuad Rəşidov və 47 yaşlı Vüqar Məmmədov ağır bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sərnişin avtobusu YPX əməkdaşları hadisə yerinə gələnə kimi ərazidən uzaqlaşdırılıb. Hadisənin səbəbləri araşdırılır.
 
BAKU.WS