VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akiflinin 3 uşağın küçəyə atılması ilə bağlı məlumat vermişdik. Vasif Akifli uşaqların nənələri tərəfindən küçəyə atıldığını yazmışdı: 

"İnsan nə qədər mənəviyyatını ehtirasına qurban verə bilər ki, 3 körpə uşağı ata kiməsə qoşula gedə??? Bu azmış kimi getdiyi "kişinin" şəklinidə uşaqların əlindəki çantaya qoya. Təşəkkür ediləsi işmiş kimi. Bu gün - 01.07.2017 ci il tarixdə 3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb.Bakı şəhəri,Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi,Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilən 3 körpənin hüquqi və psixoloji reabilitasiyası rəsmi aktla bizə verildi. Uşaqlar bu gündən qida, tibbi müayinə,yaşayış yeri və geyimlə təmin ediləcək.Həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək".

BAKU.WS xəbər verir ki, qaynarinfo hadisə ilə bağlı daha ətraflı məlumat almaq üçün Vasif Akifliyə müraciət edib. Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru sayta açıqlamasında: "Uşaqları atan nənədir. Sadəcə nənə uşaqların yanına qoyduğu çantanın içərisinə ananın qaçdığı oğlanın şəklini də qoyub. Biz atanın tapılması ilə bağlı müvafiq qurumlara müraciət etdik. Ümid edirdik ki, ata uşaqların atılmasından xəbərsizdir. Lakin təəssüf ki, Ağsu rayon polis şöbəsindən verilən məlumat bizi sarsıtdı. Bildirdilər ki, ata uşaqların atılmasından xəbərdardır və nəinki o, hətta atanın heç bir qohumu uşaqlara sahib çıxmaq istəmir. "Valideynlər" 2015-ci ildə rəsmi şəkildə boşanıb. 2015-ci il sentyabr ayının 29-dan ataya 3 uşağa aylıq 90 AZN məbləğində aliment kəsilib. Ancaq o, alimenti 1 dəfə də olsun ödəməyib. Bu səbəbdən də 5 aprel 2017-ci ildən etibarən Ağsu rayon polis şöbəsi tərəfindən "borclu" kimi axtarışdadır. Bu hadisədən sonra isə atanın axtarışı ilə bağlı daha ciddi tədbirlər görülür. Anaya gəldikdə isə onun axtarışları davam etdirilir. Hazırda ananın şəkli qoyulan insanın yanında olub-olmaması da şübhə altındadır. Ağsu rayon polis şöbəsinə müraciət edərkən bizə artıq həmin ailənin dəfələrlə ailə-məişət problemləri zəminində polisə düşməsi haqqında məlumat verildi", - deyib. 

Bu arada Vasif Akifli uşaqlarını atıb başqasına qaçan Kərimova Xəyalənin fotosunu yayıb.
 
BAKU.WS