VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Güclü sel İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic edib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları İsmayıllı rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb. Bu gün saat 13:30 radələrində sel suları İsmayıllı-Qəbələ yolunun 17-ci kilometrliyində, Qurban Əfəndi kəndi ərazisindən keçərək meşəyə doğru yönəlib.
 
Özü ilə daş parçaları və ağaclar gətirən sel suları İsmayıllı-Qəbələ yolunun üzərindən aşıb keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün su yolun üstü ilə təxminən 0,5 metr hündürlükdə axır. Çoxlu sayda avtomobil yolda qalaraq selin dayanmasını gözləyir. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı Yol İstismar İdarəsinin ağır texnikası cəlb olunub.  
 
BAKU.WS