VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çox sayda küçə iti Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən köhnə zavodların, xüsusəndə yeni Şüşə zavodunun ərazisini özünə məskən seçib. Bu vəziyyət isə yaxınlıqda yaşayan sakinlərin işini çətinə salıb. Buradakı itlərin yoldan keçən avtomobillərə və insanalara hücum etməsi adi hal alıb.
 
Bu barədə BAKU.WS-ə şikayət edən sakinlər qorxu içində olduqlarını, özlərinin və azyaşlı uşaqlarının təhlükədə olduğunu bildirib.

"İtlərin yanından avtomobillə keçmək olmur. Maşınlara hücum edirlər. Bəs piyada, qoca, usaq, qadınlar necə keçsin?"-deyə redaksiyamıza müraciət edən sakinlərdən biri bildirib. 
 
Xatırladaq ki, ötən həftə Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb. Hadisə Səbail rayonunda qeydə alınıb. Son günlər bu cür hadisələr tez-tez baş verir. 
 
Aynur Ələkbərova
BAKU.WS