VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün Yevlax rayonu ərazisində baş bermiş ağır yol qəzasında dünyasını dəyişən Zülqədər Üzeyir oğlu Zülqədərlinin fotoları yayılıb.
 
BAKU.WS xəbər verir ki, qəzada həlak olan Zülqədərin 24 yaşı olub. 
 
Qeyd edək ki, ötən gün ağır yol qəzası Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. 
 
Faktla bağlı araşdırma aparılır. 
 
BAKU.WS