SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə polisi ikimərtəbəli binada fahişəxana açan dəstəni ifşa edib.


BAKU.WS
-in məlumatına görə, saxlanılan dəstədə 20 qadın və 2 kişi olub. Qadınların 3-ü xarici olub.

Saxlanılan kişilər qadınlar üçün sosial şəbəkələr vasitəsilə müştəri tapırmışlar. Daha sonra ev kirayələyib, orada fahişəxana təşkil ediblər. Polis basqın edən zaman içəridə 52 müştəri olub. Müştərilər qadınlarla 50-60 dollar müqabilində cinsi əlaqəyə girirmişlər.

Müştəriləri əsasən Facebook, İnstagram kimi sosial şəbəkələr vasitəsilə tapırmışlar. İnternet vasitəsilə sövdələşmə aparılır və görüş yer təyin olunurmuş. Görüşə fahişə ilə birlikdə gələn kişilərdən biri avtomobildə gözləyirmiş. Müştəri qadınla danışıb, razılaşandan sonra pulu əvvəlcədən ödəyir və maşına minib birlikdə kirayələnən evə gedirmişlər.


Hazırda faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS