SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yol polisi əməkdaşına qarşı zor tədbiq edilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rəşad Şükürov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Yol Patrul Xidmətinin (YPX) inspektoru, polis baş serjantı Vüqar Məmmədov tərəfindən saxlanılıb. R.Şükürov polis əməkdaşına qarşı zor tətbiq etməklə ona başı və ayağı ilə zərbə vuraraq hadisə yerindən qaçıb.

R.Şükürov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS