SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

Dünən gecə Ziya Məmmədovun qardaşı oğlu, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus "Nar Cafe"sində xüsusi təyinatlılar tərəfindən əməliyyat keçirilməsi ilə bağlı məlumat təsdiqini tapıb.

BAKU.WS
-in məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus "Nar Cafe”-də əməliyyat keçirilməsi barədə məlumatlara münasibət bildirib.


Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə BAKU.WS-ə bildirib ki, həqiqətən də polis "Nar Cafe”-də əməliyyat keçirib.

Kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, "Şüşəli bazar”ın yanındakı "Nar” kafesini xüsusi təyinatlılar mühasirəyə alıb. İlkin olaraq Aynar Məmmədovla yanaşı 20 məmur övladının da saxlanıldığı bildirilirdi. 

BAKU.WS