SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ucar rayon sakini 22 yaşlı Gülnarə Seyfi qızı Rəhimova ailə münaqişəsi zəminində özünü ölümcül yaralayıb.
 
BAKU.WS xəbər verir ki, qayınanası ilə dalaşan gəlin əsəblərinə hakim ola bilməyərək özünü qarın nahiyəsindən bıçaqlayıb. Təcili Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Rəhimovanın həyatını xilas etmək mümkün olub.
 
Qeyd edək ki, G.Rəhimovanın yaxınlarının "Report”un yerli bürosuna verdiyi məlumatda isə onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqladığı deyilirdi. 
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Aynur Ələkbərova
BAKU.WS