VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib.

BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında baş verib.

Ağsu rayonundan 10 gündür ki, Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayononun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon Xəstəxanadan verilən məlumata görə, mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.