VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti paytaxt ərazisində qanunsuz küçə ticarətinə qarşı reydlərə başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, İslamiada ilə bağlı bəzi ticarətçilərə icazələrin verilməsi dayandırılıb: "İstisna hallarda bəzi parklarda, bağlarda, insanların hərəkətinə və rahatlığına maneçilik törətməyən ərazilərdə küçə ticarətinin satışına icazə verilirdi. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxta xarici turistlərin gəlişinin çoxluğunu nəzərə alaraq, artıq həmin hallarda da ticarətə icazə verilməsi dayandırılıb. Bu məsələlərə Oyunlar başa çatandan sonra yenidən baxılacaq".
 
BAKU.WS