SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonu ərazisində - Zığ şosesində baş vermiş dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyənləşib.
 
BAKU.WS xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, "KİA Cerato" markalı avtomobilin "VAZ 2104" markalı avtomobilə arxadan çırpılması nəticəsində ikinci nəqliyyat vasitəsi partlayaraq yanıb və avtomobildə olan 3 nəfər: Quliyev Gülağa Məhərrəm oğlu, Namiq və Elçin adlı şəxslər vəfat edib.
 
Şəxsiyyətləri hələlik tam müəyyənləşməmiş Namiq və Elçinin qardaş olduğu bildirilir.
 
Araşdırma aparılır.
 
BAKU.WS