Bakıdakı dəhşətli avtobus qəzasında ölənlərin şəxsiyyəti açıqlandı (SİYAHI)

Bakıdakı dəhşətli avtobus qəzasında ölənlərin şəxsiyyəti açıqlandı (SİYAHI)
Hadisə 8396

 

Dünən Bakı şəhərinin Qaradağ rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır yol qəzasında ölənlərin adları məlum olub.

Lent.az-ın məlumatına görə, saat 16:30 radələrində Bakı-Ələt magistral yolunun 36-cı kilometrliyində "İsuzu" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində vəfat edən şəxslər Şəmkir rayonunun Təzəkən kənd sakini, 1954-cü il təvəllüdlü Əmiraslanova Nanə Məmməd qızı və 1983-cü il təvəllüdlü Əmiraslanova Röya Rasim qızıdır. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər