VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı Ağır Cinayətlər Məhkəməsində daxli işlər orqanlarında işə düzəltmək adı ilə dələduzluq etməkdə  təqsirləndirilən Mehparə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
BAKU.WS-ə istinadən xəbər verir ki, M. Kazımova Bahar adlı Bakı şəhər sakininə qardaşını polisə işə düzəldəcəyini deyərək, ondan 38 min manat pul alıb. Ona dələduzluq əməli ilə bağlı ittiham verilib. 

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Tarif Nəsirov müdafiə çıxışı edərək, M. Kazımova şərti cəza verilməsini xahiş edib. Məhkəmə kollegiyasının müşavirədən sonra elan etdiyi hökmə əsasən, M. Kazımova 7 il müddətində azadlıqdan məhrum edilib. 

Onun barəsində olan "polisin nəzarətinə verilmə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və M.Kazımova məhkəmə zalında həbs olunub.
 
BAKU.WS