Bu gün səhər saatlarında söküntüsünə başladılan "Hacı Cavad" məscidinin qarşısında camaat namazı qılınıb.
 
BAKU.WS xəbər verir ki, bir qrup şəxs "Sovetski" adlanan ərazidə yerləşən məscidin söküntüsünə etiraz etmək üçün sözügedən əraziyə toplaşıb. Azanın çəkilməsi ilə həmin şəxslər camaat namazı qılıb.
 
Qeyd edək ki, bu gün söküntüsünə başladılan məscidin Mədəniyyət və Turizm Nazirliyini yerli əhəmiyyətli memarlıq abidələri siyahısına daxildir. Hacı Cavad məscidinin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir (XIX əsr).
 
Şahin Həbibov
BAKU.WS