SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının "Sovetski" kimi tanınan ərazisində yerləşən "Hacı Cavad" məscidinin söküntüsünə başlanıb.
 
BAKU.WS xəbər verir ki, XIX əsrə məxsus olan abidənin söküntüsünə bu gün səhər saatlarında start verilib. Vətəndaşlar məscidin sökülməsinə mane olmağa çalışıb. Narazı kütləni sakitləşdirmək üçün əraziyə polis əməkdaşları cəlb edilib.
 
Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsində yerləşən məscid Mədəniyyət və Turizm Nazirliyinin yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
 
Aynur Ələkbərova 
BAKU.WS