Tanınmış jurnalist Məlahət Qüsuri-Zeynallı bu gün səhər saatlarında ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

BAKU.WS Gununsesi.info-ya istinadla xəbər verir ki, jurnalistin vəziyyəti hazırda kritikdir. Belə ki, Təcili Tibbi Yardım Xidmətinin göstərdiyi ilkin tibbi yardımdan sonra jurnalist xanımın xəstəxanaya aparılması qaçılmaz olub. Hazırda Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən M.Qüsuri-Zeynallıya mədəaltı vəzinin kəskin iltihabı və öd kisəsində daş diaqnozu qoyulub. Mədəaltı vəzin göstərəcəyi vəziyyətlə əlaqədar olaraq, bu gün əməliyyata qərar veriləcək.

Qeyd edək ki, tanınmış jurnalist M.Qüsuri Zeynallı uzun illər Space kanalında çalışıb. Bir sıra uğurlu tele-layihələrin müəllifidir. O, tanınmış jurnalist Əvəz Zeynallının həyat yoldaşıdır.
 
BAKU.WS