VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpə dünyasını dəyişib. Valideynləri uşağın həkim səhvi ucbatından öldüyünü iddia edirlər.

Bağırsaqları səhv yuyulan uşaq dünyasını dəyişib. Siyəzən sakini Mazan Əzimov martın 19-da oğlu, 5 aylıq Cahidi Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparıb. Körpənin hərarəti və soyuqdəyməsi olduğu üçün uşaq həkimi Mənsurə Ağayeva tərəfindən müalicə aparılıb. Martın 30-da isə, 5 aylıq Cahidin bağırsaqları yuyulub. Bir neçə saatdan sonra isə körpədə qanaxma əmələ gəlib.

Cahid Əzimov paytaxtadakı xəstəxanalardan birinə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.

Valideynləri iddia edir ki, azyaşlı tibb müəssisəsində müalicə aldığı dövrdə rentgen müayinəsindən keçirilməyib. Kor təbii aparılan müalicə nəticəsində də bağırsağına su çox vurulub və bu səbəbdən də qanaxma baş verib.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Qeyd edilən ittihamlarla bağlı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.
 
BAKU.WS