25 kiloqramdan çox çətənə kolu yetişdirən şəxs SAXLANILDI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhər sakini Elçin Məmmədovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Baxış zamanı oradan ümumi çəkisi 25 kiloqram 965 qram olan 17 ədəd çətənə kolu aşkar olunub.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Faktlarla bağlı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə narkotik yetişdirən qadın saxlanılıb - FOTO/VİDEO
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdir...