VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Yasamal rayonu "Qanlıgöl" adlanan ərazidə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

BAKU.WS-in xəbərində bildirilir ki, "Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, həyat yoldaşını öldürməkdə şübhəli bilinən Əkbər Quliyev əslən Ağdaş rayonundandır:
 
"Həyat yoldaşı və 16-17 yaşlı oğlu məhəllədə kirayədə yaşayırdı. Əkbər özü isə rayonda qalırdı. Bir-iki gün əvvəl ailəsinin yanına gəlmişdi. Yəni onlar bir yerdə deyildilər".

Xatırladaq ki, xəbəri APA yayıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə "Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib.

Hadisəni törədən Ə. Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Arzu Mirzəyeva
BAKU.WS