055 213 76 73
Bakıda çürümüş kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, martın 19-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində sinə nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan çürüməyə məruz qalmış kişi meyiti tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi rayon Polis İdarəsi 7-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliyev tutulub.
BAKU.WS