İsmayıllı rayonunda taksi sürücüləri arasında baş verən dava zamanı qan tökülüb.

İsmayıllı şəhərindəki mərkəzi bazarın qarşısında taksi fəaliyyəti ilə məşğul olan 2 sürücü arasında müştəriyə görə mübahisə yaranıb. Onlar bir-birlərini təhqir edib. bu zaman 63 yaşlı Ramil Nəcəfov avtomobilindən baltanı götürərək Xəyalət Nəsirovun başına zərbə endirib.

Xəyalət Nəsirov ağır kəllə-beyin travması və kəsilmiş-deşilmiş yara ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı İsmayilli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS