Cocuq Mərcanlıda raket tapılıb - FOTO

Cocuq Mərcanlıda raket tapılıb - FOTO
Hadisə 2114
 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində raket tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə baxış keçirilib, 1 439 ədəd qəlpə, 1 ədəd PQ-7VL raketi aşkar edilib.

Nəticə etibarilə 42 064 kv.m ərazinin 7 464 kv.m-i əllə, 12 800 kv.m-i mexaniki üsulla, 21 800 kv.m-i isə minaaxtaran itlərin dəstəyi ilə yoxlanılıb.

Füzuli rayonunun Cocuq Mərcanlıya bitişik Qazaxlar kəndi ərazisindəki otlaq sahəsində isə 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

BAKU.WS

Oxşar xəbərlər

Cocuq Mərcanlı kəndində hərbi sursat tapılıb - FOTO

Cocuq Mərcanlı kəndində hərbi sursat tapılıb - FOTO

Cəbrayıl rayonunun işğaldan yeni azad edilmiş Cocuq Mərcanlı kəndində hərbi sursat tapılıb. ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, bu gün həmin kənddə 18 e...

2089 Hadisə 20:18 22 fevral 2017

Son xəbərlər