Bakının mərkəzində iki avtomobil toqquşdu - FOTO/VİDEO

Bakının mərkəzində iki avtomobil toqquşdu - FOTO/VİDEO
Video
Hadisə 118

Bakının Nəsimi rayonunun İslam Səfərli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, "Chevrolet" markalı avtomobil qəza nəticəsində yol nişanına çırpılıb.

Nəticədə, avtomobildə olan sağ hava yastığı açılıb.

Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə sorğu ünvanladıq.

İdarənin inspektoru polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə iki avtomobil toqquşub:

"Hadisə saat 18:00-da baş verib. "Chevrolet" markalı 77-YX-568 dövlət nömrə nişanlı avtomobillə "Mercedes-Benz" 99-PB-413 dövlət nömrə nişanlı avtomobillər toqquşublar. Hadisə nəticəsində xəsarət alan olmayıb, - deyə R.Əhmədli bildirib.

Son xəbərlər