Qaxda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Qaxda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Foto
Hadisə 56

Qaxda avtomobilin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

BAKU.WS report-a istinadöən xəbər verir ki, hadisə nəticəsində Qax rayon sakini Eldəniz Allahverdi oğlu Paşayev və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ruslan Natiq oğlu Ələsgərov xəsarət alıb.

Qeyd edək ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Zəyəm kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

*** 15:25

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçen hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//report

Son xəbərlər