SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Suraxanı rayonunda baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.
 
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun ölümü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə və azyaşlı oğlu İbrahimin xəstəxanaya düşməsi ilə nəticələnən hadisəyə mənzilin mətbəxindəki qaz sobasının səbəb olduğu üzə çıxıb.

Məlum olub ki, evdəki su qızdırıcısı da mətbəxdə quraşdırılıb və buradan yayılan dəm qazı mənzilə yayılıb.

Hadisə ilə bağlı ilk olaraq H.Seyidovun bacısı Pərvanə xəbər tutub. Zəhərləndiyini hiss edən qadın evdəki digər şəxsləri yuxudan oyadıb və bu zaman H.Seyidovun artıq vəfat etdiyi məlum olub.
 
BAKU.WS