Bakı çimərliyində xırda balıq ölüləri sahilə çıxdı - YENİLƏNİB/FOTO/VİDEO

Bakı çimərliyində xırda balıq ölüləri sahilə çıxdı - YENİLƏNİB/FOTO/VİDEO
Video
Hadisə 281

"Bu balıqların kütləvi formada ölümünün yeganə səbəbi çirklənmədir".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlı deyib.

Sədr bildirib ki, Abşeron çimərliklərində olan suyun keyfiyyəti birmənalı olaraq ekoloji təmiz deyil:

"Çox təəssüflər olsun ki, "Azərsu" tərəfindən istismarda olan sutəmizləyici qurğular ya heç işləmir, ya da qismən işləyir. Nəticədə də əsasən Abşeron yarımadasında olan çimərliklərdə ekoloji çirklənmə yuxarı, təhlükəli həddədir. Bu balıqların kütləvi formada ölümünün yeganə səbəbi çirklənmədir. Çirklənmə də antropogendir, yəni insan tərəfindən gedən çirklənmədir".

Z. Salmanlı onu da qeyd edib ki, suyun çirkli olmasını sübut etmək əslində həm çox ucuz, həm də asandır. Bir neçə aktivistin iştirakı ilə çimərliklərdən su nümunələri götürüb Bakıda olan müstəqil laboratoriyalarda analiz etdirmək olar. Lakin suyun hansı ərazidən olduğunu qeyd etməmək şərtilə. Nəticədə suyun çirklənmə səviyyəsini təsdiqləmək olar.

***11:08

Paytaxtın Hövsan çimərliyi ərazisində xırda balıq ölüləri sahilə çıxıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, sahildə yüzlərlə belə xırda balıq ölüsünə rast gəlmək mümkündür. Baş verən hadisə çimərlikdə xoşagəlməz mənzərə yaranmasına səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər