SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 
Gəncə Şəhər Prokurorluğundan BAKU.WS-ə bildirilib ki, araşırmalarla 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, H.Mamedov şübhəli şəxs qismində tutulub.
 
Hazırda ibtidai istintaq davam edir.
 
*** 07.06.2024 23:54
İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovu ov silahı ilə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.
 
*** 20:39
İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması və müalicə aldığı xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
 
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
 
Məlumata görə, araşdırmalarla hadisəni Kəlbəcər rayon sakini H.Mamedov törətməsi müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
 
Əlavə məlumat veriləcək.
 
*** 20:00
Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərov şəxsi münasibətlər zəminində ov silahından açılan atəş nəticəsində xəsarət alıb.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, hadisəni törətməkdə 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov şübhəli bilinir.
 
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
BAKU.WS