Bakıda fəhlə faciəli şəkildə ölüb.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 1-də Xətai rayonu A.Cəlilov küçəsində yeni inşa edilməkdə olan 18 mərtəbəli binada qeydə alınıb. Orada işləyən Bakı şəhər sakini Ramil Abbasov binanın 18-ci mərtəbəsindən yıxılaraq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS
Bakıda fəhlə 18-ci mərtəbədən yıxılaraq öldü
02
okt
2004
1 329