SİZİN REKLAM BURADA!
055 213 76 73


Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qeyd olunub ki, son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində sərhədçilərimizin sayıqlığı nəticəsində ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS
QALEREYA