SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 ildən sonra nəşinin qalıqları tapılan Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Himni səsləndirilib və yaylım atəşi açılıb.

Dəfndə şəhidin ailə üzvləri ilə yanaşı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyin nümayəndələri iştirak ediblər.

***11:18

Birinci Qarabağ müharibəsində şəhid olmuş, 30 ildən sonra nəşinin qalıqları tapılan Elməddin Şirxan oğlu Abbasovla vida mərasimi keçirilir.

BAKU.WS Ozu.az-a istinadən xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün ailəsinə təhvil verilib.

Qeyd edək ki, vida mərasimindən sonra şəhid Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

BAKU.WS