Qardaşlar arasında mübahisə sonda qətllə nəticələnib - Hadisənin DETALLARI - VİDEO

Mübahisə edən qardaşlar bıçağa əl atıb, onlardan biri qətlə yetirilib.
BAKU.WS Xezerxeber.aza istinadən xəbər verir ki, hadisə Tərtər rayonu ərazisində baş verib. Rayon sakini 32 yaşlı Abil Əliyev bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə isə onun qardaşı şübhəli bilinir. Yaxınlarının iddiasına görə, qardaşlar tez- tez mübahisə edirmiş.
Daxili İşlər Nazirliyi məlumatına əsasən, 32 yaşlı Əliyev Abil Mətləb oğlunu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı 33 yaşlı Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Sumqayıtda da ölüm hadisəsi olub.12-ci mikrorayonda yerləşən kafelərin birində 37 yaşlı Elvin İsgəndərovun başqa biri ilə yaranan mübahisəsindən sonra ürəktutmasından öldüyü bildirilir. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...