SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Murquzlu dağının Üçtəpə yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilib.

Report xəbər verir ki, şəhidin cənazəsi dəfn olunması üçün Füzuli rayonuna aparılır.

Cahid Nağıyevin meyitinin qalıqları doğulduğu Aşağı Seyidəhmədli kəndində torpağa tapşırılacaq.

***11:19

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun “Murquzlu” dağının "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilir.

Report xəbər verir ki, şəhidin cənazəsi ailəsinin Bakının Nərimanov rayonunda yaşadığı evə gətirilib.

Vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailəsi və yaxınları iştirak edirlər.

Cahid Nağıyevin meyitinin qalıqları vida mərasimi başa çatdıqdan sonra Füzuli rayonuna aparılacaq və doğulduğu Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

***09:48

Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Edilli kəndində itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış Nağıyev Cahid Şəfa oğlunun nəşi ailəsinə təhvil verilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Bakının Nərminanov rayonundakı evinə aparılır.

Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.

O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, C.Nağıyev 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb.

BAKU.WS
QALEREYA