
Göyçay rayonunda xırdabuynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb.
BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Canavarlar Qızılağac kəndinə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan 10-nu tələf edib, 16-nı isə yaralayıb.
Yaralanan heyvanlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dezinfeksiya edilərək torpağa basdırılıb.
Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez kəndlərə soxularaq fərdi təsərrüfatlara zərər vururlar.
BAKU.WS