SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq qrupu bloqqer Aleksandr Lapşini Bakıya gətirmək üçün xüsusi reyslə Minskə yola düşüb.
 
BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, yaxın saatlarda qalmaqallı bloqqerin əlləri qandallı Bakıya gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Belarus Ali məhkəməsinin bloqqer Aleksandr Lapşin barədə çıxardığı qərar açıqlanıb. Ali məhkəmə bloqqerin vəkillərinin onun Azərbaycana ekstradisiyasına dair qərardan verdikləri şikayəti təmin etməyib. Beləliklə, İsrail və Rusiya vətəndaşlığını daşıyan bloqqerin Azərbaycana verilməsi qərarı qüvvəyə minib. Onun elə bu gün Bakıya yola salınacağı gözlənilir.
 
BAKU.WS