SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda yerləşən gül mağazalarından birindən buket oğurlanıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə aprelin 13-də saat 20:00-da Rəsulzadə qəsəbəsi ərazisində yerləşən gül mağazalarından birində qeydə alınıb. 

Satıcı bildirir ki, mağazaya gələn 4 nəfər onun başını qataraq çiçəkləri götürüb və oradan uzaqlaşıb. Onun məlumatına buketin dəyəri 150 AZN civarında oluib. Bu barədə 4-cü polis bölməsinə məlumat verilib.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO