SİZİN REKLAM BURADA!
055 213 76 73


Uşu üzrə Türkiyə Milli Komandasının idmançısı Buket Kayanın avtomobil qəzasında ölümü ilə bağlı detallar üzə çıxıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Kayanın qəza anında içində olduğu avtomobilin sürücüsü Ramazan Öner ifadəsində sərxoş olduğunu bildirib.

"Maşını mən idarə edirdim, sərxoş olduğum doğrudur. Qəzanın necə baş verdiyini xatırlamıram", - o deyib.

Qeyd edək ki, hadisə oktyabrın 22-də saat 23.30 radələrində, Kayseri şəhərində qeydə alınıb. 

Ramazan Önerin idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkətdə olan K.Ö-nin idarə etdiyi kartofla dolu yük maşınına arxadan çırpılıb.

Hadisə yerinə çoxlu sayda polis, təcili tibbi yardım cəlb edilib. Avropa çempionu Buket Kaya dünyasını dəyişib. Yaralananlar Ramazan Öner və M.T. Kayseri Şəhər Xəstəxanasına aparılıb. Yük maşını sürücüsü K.Ö. da saxlanılıb, ifadə verdikdən sonra azad edilib.

Onu da bildirək ki, Buket Kaya 2019-cu ildə Rusiyanın paytaxtı Moskvada Uşu Kung Fu üzrə 5-ci Avropa Çempionatında qızıl medal qazanıb. O, ötən ilin oktyabrında Balkan çempionu olub. Kaya Kikboksinq üzrə Türkiyə çempionatlarında da iştirak edib.

BAKU.WS
VİDEO

QALEREYA