SİZİN REKLAM BURADA!
055 213 76 73



Avqustun 22-23-də Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar sabahdan başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları təşkil olunub.

BAKU.WS
olaraq həmin yarmarkalardan bir neçəsində olduq. Müşahidələrimiz zamanı gördük ki, qurbanlıq heyvanlarla maraqlananlar var. Lakin hələlik satıcılar alverin olmadığını bildirdilər.

“Düzdür səhərdən bəri soruşan çox olub. Lakin hələlik alverimiz olmayıb”, - deyə satıcılar bildiriblər.

Qeyd edək ki, yarmarkalarda qoyun ətini 12 manata, diri heyvanın çəkisi isə 6 manatadır. Müqayisə üçün deyək ki, bu il ötən ilə nisbətən qurbanlıq heyvanların qiymətində artım var. Çünki ötən il Qurban bayramında yarmarkalarda ətin kiloqramı 9-10, diri heyvanın kiloqramı isə 4-5 manat arasında dəyişirdi.

Hazırda isə qurbanlıq heyvanların ən ucuzu 150 manata, ən bahalası isə 350 manata başa gəlir.

Qeyd edək ki, KTN yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:

Bakı şəhəri üzrə

Nərimanov rayonu

1.Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)

2.Əlyar Əliyev küçəsi, 36a (“Təbriz” KM, Keşlə bazarı)

3.Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)

Suraxanı rayonu

1.Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı

2.Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi

Binəqədi rayonu

1.Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)

2.Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer)

3.Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)

4.Cəfər Xəndan küçəsi, 54, “Oazis” restoranının yanı (“Ət pavilyonu” adlanan ərazi)

Xətai rayonu

1. Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)

Yasamal rayonu

1.Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7

2.Xiyabani küçəsi, 10c

3.Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti

Nizami raronu

1.Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi

2.Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi

Səbail rayonu

1.20-ci sahə (Badamdar şosesi)

2.Bayıl bazarı, Gülbala Əliyev küçəsi

Xəzər rayonu

1.Qala-Pirallahı yolu, “Lambir“ müəssisənin arxası

Qaradağ rayonu

1. Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi)

2. Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)

3. “Qoç-ət” MMC , Lökbatan qəsəbəsi

Sabunçu rayonu

1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı

2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, “Sabunçu” mərasim evinin yanı

3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı

4. Zabrat qəsəbəsi,” Azmeat” MMC

5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi

6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı

7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

8. Maştağa qəsəbəsi “Kanal” marketin yanı

9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi

10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107

11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş “Sərhan” marketin yanı

Bölgələr

Gəncə şəhəri

Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı

Neftçala rayonu

1.Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi

2.Xili qəsəbəsi

3.Bankə qəsəbəsi

4.Həsənabad qəsəbəsi

Şamaxı rayonu

1.Şamaxı şəhər stadionun yanı

Göyçay rayonu

Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)

İsmayıllı rayonu

1.“Yaşıl market”

Lənkəran şəhəri

1.Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz.

Ağdaş rayonu

1.Zeynəddin kəndi, mal bazarı

Quba rayonu

1.Heydər Əliyev prospekti, “Ət bazarı” deyilən ərazidə

Şirvan rayonu

1.18 №-li məktəbin həyəti

2.16№-li məktəbin həyəti

Şəki şəhəri

Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı

Ziya SƏCCAD
BAKU.WS