Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs ƏLƏ KEÇDİ
Aprelin 7-də saat 01 radələrində Yevlax rayon sakini Musa Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Yevlax rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1996-cı il təvəllüdlü Şəhliyar Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Biləsuvarda gənc qadın qətlə yetirilib, həyat yoldaşı polisə təslim olub - YENİLƏNİB
Biləsuvarda qadının qətlə yetirilməsi faktına görə cinayət işi başlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb. Bildirili...