Bakıda avtomobil təmiri sexində yanğın olub
06
apr
2024
20:00
Bakıda avtomobil təmiri sexində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Suraxanı rayonunda ümumi sahəsi 120 kvadratmetr olan avtomobil təmiri sexində bir ədəd “AzSamand” markalı minik avtomobili yanıb və iki ədəd “AzSamand” markalı minik avtomobili qismən qarsalanıb.
Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Paytaxtda gecə avtomobil təmiri sexində 4 maşın yandı - YENİLƏNİB/RƏSMİ AÇIQLAMA - VİDEO
Bakıda avtomobil təmiri sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefo...