SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı məlumata münasibət bildirib. 
 
Azərbaycan Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.