Gəncədə 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
01
apr
2024
09:10
Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü M.Əsədov, 1974-cü il təvəllüdlü V.Bayramov və 1960-cı il təvəllüdlü S.İbrahimov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - FOTO/VİDEO - YENİLƏNİB - 3
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş v...