SİZİN REKLAM BURADA!
055 213 76 73



Dəhşətli qətlin yeni təfərrüatları üzə çıxdı.

Qətl hadisəsi Quba rayonunun Alpan kəndində qeydə alınıb.

ARB Şimal xəbər verir ki, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Safuranı bıçaqlayaraq qətlə yetirib.

Qohumları atanın ruhi xəstə olduğunu bildirib. Azyaşlı qızını öldürən Əşrəf Süleymanov Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, həyat yoldaşından ayrılıb. Onların 2-ci qızı isə anası ilə birgə yaşayır.

Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.
 
BAKU.WS