Qazaxda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
21
mar
2024
09:12
Qazax rayonunun Aslanbəyli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılması nəticəsində 2003-cü il təvəllüdlü K.Həsənov və 2002-ci il təvəllüdlü S.Misirməmmədov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıdakı mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi müəyyənləşdi - YENİLƏNİB
Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib. BAKU.WS r...