Sumqayıtda beşmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildilər

Sumqayıtda beşmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildilər
Hadisə 5

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, pilləkən qəfəsinin beşinci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb.

Yüksək temperaturdan su borusu 0,5 p.m əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən altı nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər