Biləsuvarda yol QƏZASI: Xəsarət alanlar var
10
mar
2024
19:20
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Mirəli Vəliyevin idarə etdiyi “Hyundai Santa Fe” və Alim Vəliyevin idarə etdiyi “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.
Nəticədə “VAZ 2109” markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Şəfəq Tahirova yaralanıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO
Bakının Nərimanov rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb. Hadisə Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində qeydə alınıb. Möhsün Sənani...