Abşeronda su kanalında aşkarlanan meyitin kimliyi məlum olub

Abşeronda su kanalında aşkarlanan meyitin kimliyi məlum olub
Hadisə 2

Abşeronda su kanalında aşkarlanan meyitin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər