Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil vermək barədə qərar qəbul edib - YENİLƏNİB

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil vermək barədə qərar qəbul edib - YENİLƏNİB
Hadisə 6

Rəsmi İrəvan xoşməramlılıq əlaməti olaraq və Ermənistanla Azərbaycan arasındakı razılaşma əsasında azan hərbi qulluqçu Ruslan Pənahovun tez bir zamanda Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib. Bundan sonra onun barəsində bir neçə uydurma ittiham üzrə cinayət işi başlanılıb.

***22:03

2024-cü il fevralın 28-də Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan tərəfə keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz Oğlu Pənahov barəsində Ermənistan Prokurorluğu tərəfindən aparılan cinayət təqibi dayandırılıb.

BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsi Pənahova qarşı cinayət təqibinə xitam verilməsi barədə prokurorluğa vəsatət verib və o, təmin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər