SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl təqsirləndirilən Fərid Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 2023-cü il iyulun 22-də saat 17 radələrində Abşeron rayonu “Mexkalon” yaşayış massivi ərazisində 2005-ci il təvəllüdlü Sərdar Sərxan oğlu Abbasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2005-ci il təvəllüdlü Fərid Nafiz oğlu Mirzəyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla tanışı Sərdar Abbasova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fərid Mirzəyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İttihama görə, hadisə qız söhbətinə görə baş verib.
BAKU.WS