13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
İdmançı Kamil Zeynallı tərəfindən ölümlə hədələnməklə yanaşı şərəf və ləyaqəti təhqir olunan jurnalist Əfruzə Ağayeva məhkəməyə iddia hazırlayır.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Ə.Ağayevanın vəkili Vüqar Səfərli məlumat verib.

Onun sözlərinə görə, jurnalistin təhqir edilməsi ilə bağlı dəymiş ziyan müəyyənləşdiriləndən sonra məhkəmədə iddia qaldırılacaq:

"Hazırda dəymiş ziyanla bağlı Əfruzə xanımla konkret qərar qəbul etməmişik. Əfruzə xanım təhqir olunması və ölümlə hədələnməsi ilə bağlı polisə müraciət edib və tələb edib ki, K.Zeynallı sosial şəbəkələrdə ondan üzr istəməlidir. Bununla bağlı K.Zeynallı polisə çağırılıb və izahatı alınıb. Amma o, hələ də Əfruzə xanımdan üzr istəməyib".

V.Səfərli bildirib ki, hazırda jurnalistin şərəf və ləyaqətinin təhqir edilməsi ilə bağlı hazırladığı iddia yaxın günlərdə məhkəməyə təqdim ediləcək: "Bu həftə iddia tamamlanacaq, dəymiş ziyan müəyyən ediləcək və sənəd məhkəməyə təqdim ediləcək. Əfruzə xanımın valideynləri dünyasını dəyişib. Kamil onları təhqir edib, işgüzar nüfuzuna xələl gətirib. Hələlik dəymiş mənəvi ziyan müəyyənləşməyib".

V.Səfərli bildirib ki, dəymiş ziyan təxminən 50 min manat həcmində müəyyən ediləcək.